Sağlamlıq və bitkilər
среда, 22 октября 2014 г.
вторник, 12 августа 2014 г.
Antibiotiklər
Antibiotiklər haqqında faydalı məlumat
04 May 2011
Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.
Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.
Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.
Əfsuslar olsun ki, antibiotiklərin bu qədər yayılması fonunda, insanlar onlar haqqında çox az məlumata malikdirlər. Ona görə də antibiotiklərə olan münasibətə görə cəmiyyətdə iki əks mövqe mövcuddur. İnsanların bir qismi onları xeyli təhlükəli hesab edərək, hər vasitə ilə onlardan istifadə edilməsindən uzaq olmağa çalışırlar. Digərləri isə, əksinə olaraq antibiotikləri “bütün xəstəliklərdən” müalicə olunmaq vasitəsi kimi qəbul edərək, xəstəliyin ilkin əlamətləri meydana çıxan kimi, özlərinə antibiotik “təyin” etməklə müalicəyə başlayırlar.
Biz, diqqətinizə çatdırmaq istədiyimiz bu məlumatlarla antibiotiklər barədə daha düzgün təsəvvür yaratmağa çalışacağıq.
Qeyd etmək lazımdır ki, antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur!Məhz buna görə antibiotikləri aşağıdakı xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir:
- KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. Bütün bu xəstəliklər viruslar tərəfindən törədilir. Antibiotiklər isə viruslara heç bir təsir göstərmirlər;
- temperaturun yüksəlməsi zamanı. Antibiotiklər temperaturu aşağı salan və ağrısızlaşdırıcı preparatlara aid deyillər;
- iltihabi proseslər zamanı. Antibiotiklər iltihab əleyhinə təsirə malik deyillər;
- öskürək zamanı. Öskürəyin bir çox səbəbləri vardır: virus infeksiyaları, allergiya, bronxial astma, ətraf mühitin bir sıra qıcıqlandırıcı faktorlarına qarşı yüksək həssaslığın olması və s. Bunların yalnız çox az bir hissəsi mikroqrqanizmlərlə əlaqəli olur.
- bağırsaq pozğunluqları (ishal) zamanı. Məsələ bundadır ki, birincisi - bağırsaq infeksiyalarının bir çoxu viruslar tərəfindən törədilir. İkincisi – nəcis ifrazının pozulması yalnız bağırsaq infeksiyası nəticəsində deyil, məsələn, hər hansı bir qidaya allergiyanın olması nəticəsində də baş verə bilər.
Bəs, antibiotiklərdən nə vaxt istifadə etmək lazımdır? Antibiotiklər olmadan pnevmoniyanı, anginanı, haymoriti, otiti, sidik-cinsiyyət üzvülərinin infeksiyalarını, dəridəki irinli iltihabları, cinsi yolla keçən bir çox xəstəlikləri, sepsis və müxtəlif bakteriyalar tərəfindən törədilən digər xəstəlikləri müalicə etmək mümkün deyil. Bu xəstəliklər zamanı antibiotiklərin qəbul edilməsindən imtina edilməsi ağır fəsadların baş verməsi, bəzi hallarda isə (məsələn, sepsis zamanı) ölümlə də nəticələnə bilər. Məsələn, vaxtında antibiotiklərin tətbiq edilməsi ilə müalicə olunmayan anginalar, sonradan ürəyin (revmatizm, miokardit) və ya böyrəklərin(qlomerulonefrit) zədələnməsi ilə nəticələnə bilər. Kəskin xəstəlikləri (pnevmoniya, haymorit və s.) antibiotiklərlə vaxtında müalicə etmədikdə, bu xəstəliklər xroniki formaya (xroniki pnevmoniya, xroniki haymorit, sidik yollarının xroniki infeksiyaları) keçir. Əksər hallarda, müxtəlif orqanlarda aparılan cərrahi əməliyyatlardan sonra da antibiotiklə müalicə təyin olunur.
Əksər insanlar hesab edirlər ki, KRVİ və qrip xəstəliyi də antibiotiklərlə müalicə olunmalıdır. Ancaq bu heç də düzgün deyil.Yuxarıda qeyd etdiyimiz kimi, KRVİ və qripin törədiciləri viruslardır ki, onlara antibiotiklər heç bir təsir göstərmir. Ancaq, heç müalicə olunmadıqları və ya düzgün müalicə edilmədikləri təqdirdə, KRVİ və qrip də müxtəlif fəsadlara (angina, haymorit və s.) səbəb ola bilərlər. Məhz bu fəsadlara qarşı isə antibiotiklərdən istifadə etmək olar və lazımdır.
Bakterial infeksiyaların əsas əlamətləri:
- temperaturun uzun müddət ərzində və davamlı olaraq yüksəlməsi;
- qısa müddətli yaxşılaşmadan sonra xəstənin ümumi vəziyyətinin təkrarən pisləşməsi;
- irinli ifrazatın olması;
- leykositoz - qanda leykositlərin sayının artması.
Hamı bilməlidir ki, antibiotikləri həkim məsləhəti olmadan qəbul etmək olmaz.
Antibiotik, həkim tərəfindən yalnız son halda - xəstəliyi digər üsullarla effektiv və tam şəkildə müalicə etmək mümkün olmadıqda təyin edilir. Antibiotiklər universal deyillər. Onların hər biri yalnız, ona həssas olan mikroorqanizmlərə təsir edə bilir. Ona görə də bu və ya digər xəstəlik zamanı hansı antibiotikdən istifadə edilməsini yalnız həkim təyin edə bilər. Müvafiq tibbi təhsili olmayan adam düzgün “diaqnoz qoya bilməz”, çünki oxşar əlamətlər bir çox digər xəstəliklərdə də ola bilər.
Əksər hallarda vəziyyətinin yaxşılaşdığını, temperaturun normaya endiyini və digər yaxşılaşma əlamətlərini görən bir çox xəstələr, öz orqanizmlərinə əlavə “ziyan” vurmamaq üçün, həkimlə məsləhətləşmədən müstəqil şəkildə antibiotiklərin qəbulunu “dayandırırlar”. Bu böyuk səhvdir! Sona qədər müalicə olunmayan xəstəlik xroniki formaya keçə bilər, ürək, böyrəklər və digər orqanlara müxtəlif fəsadlar verə bilər. Digər tərəfdən, xəstəliyi tam müalicə etmədikdə, təyin olunan antibiotikin təsirindən xəstəliyi törədən mikrobların heç də hamısı məhv olmayacaq. Onların şağ qalan hissəsi, bu antibiotikə qarşı uyğunlaşaraq, ona qarşı davamlılıq əldə etmiş olacaqlar. Növbəti dəfə xəstəyə bu antibiotikin təkrar olaraq təyin edilməsi zamanı isə müalicənin də heç bir effekti olmayacaq.
O biri tərəfdən isə, həkimin təyin etdiyi antibiotikin dozasının xeyli artırılması da eyni dərəcədə təhlükəlidir. Bu, qara ciyərin, böyrəklərin və s. orqanların zədələnməsi ilə nəticələnə bilər.
Beləliklə, həkim tərəfindən antibiotik təyin edildiyi halda, dərmanın qəbul vaxtları, dozası və qəbul müddəti barədə həkim məsləhətinə dəqiqliklə əməl etmək
lazımdır. Bu həddən artıq vacibdir!
пятница, 27 июня 2014 г.
Xalq təbabətindən nümunələr
- Gülxətminin qurudulmuş ləçəklərindən 20 qram götürüb 200qr suda çay kimi dəmləyirlər.Bu dəmdən gündə üç dəfə yarım stəkan içmək ürəyin sürətlə döyünməsinin əvəzsiz dərmanıdır.
- Reyhanı döyüb suyunu çıxardın,onu şəkərlə və ya balla qarışdırıb gündə 30qr için.Beləliklə,ürək döyüntüsü azalacaqdır.
- Heyva ağacının yeni əmələ gəlmiş yarpaqlarının və zoğlarının 20qramını 1 stəkan qaynar suda dəmləyib gündə 2 dəfə içmək,ürək-damar sisteminin ağrısını sakitləşdirir.
- 3 ədəd limonu,1xörək qaşığı şəkəri və ya balı,1 xörək qaşığı ərik qurusunu ət maşınından keşirib qarışdırın.Ondan hər gün yeməkdən yarım saat qabaq 1 xörək qaşığı qəbul edin.Bu ürək-damar xəstəliklərini yüngülləşdirir.
- 20qr şüyüdü 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 1 neçədəfə içmək qan təzyiqini aşağı salır,ürəyin fəaliyyətini nizamlayır.
- Gündə 100qr qoz ləpəsini 1 xörək qaşığı balla 1ay müddətində yemək qan təzyiqini tənzimləyir.
- 30qr qurudulmuş gicitkən zoğunu və yarpağını 500qr soyuq suya töküb vam odda 5 dəqiqə qaynatdıqdan sonra10 dəqiqə dəmdə saxlamaq,sıxmaq və süzmək lazımdır.Bu dəmləmədən gündə 3 dəfə hər dəfədə 1 stəkan içmək qan azlığına xeyirdir.
- Qan azlığı zamanı alma kara gəlir.
- Böyrək ağrılarını sakitləşdirmək üçün xırda-xırda doğranmış körpə heyva yarpağının 20 qramı 1 stəkan qaynanmış suda 20 dəqiqə dəmlənir.Bundan gündə 3 dəfə,1 stəkan içmək məsləhətdir.
- Əgər mədəniz qıcqırırsa gündə 1 neçə dəfə çiy kələm yeməyi məsləhət görürük.
- Gün ərzində bir neçə dəfə cəfəri yemək öskürək zamanı xeyirlidir.
İsmayıllının müalicə əhəmiyyətli bitkiləri
İsmayıllı şəhəri öz bitki örtüyünün zənginliyi ilə bir çox şəhərləri geridə qoyur.Mən də bu bitkilərin bir neçəsi ilə sizləri tanış etmək istəyirəm.
AlmaAlma ağac bitkisidir.Alma həzmdə,qan azlığında,avitaminozlarda istifadə olunur.
İsmayıllıda daha çox yayılan"Qızıl Əhmədi"
alma sortu dəmirlə çox zəngindir.
Qan azlığında istifadə olunur.
Bağayarpağı
Azərbaycanda 14 növü var.Təbabətdə
onun yarpaqları və otundan istifadə olunur.
Öskürəyə qarşı preparatların tərkibinə
daxildir.Mədə-bağırsaq yaralarında,
kolitdə istifadə olunur.Bağayarpağı dəri
yaralarında və irinli yaraların tez
sağalmasında istifadə olunur.
Badımcan
Azərbaycanda tərəvəz bitkisi kimi ge-
niş yayılmışdır.Badımcan ateleskeleroza qarşı yaxşı vasitədirTərkibində kalium
müsbət təsir göstərir.
Bənövşə
Bənövşə ot bitkisidir.Ətirli çiçəkləri var.
Təbabətdə ondan öskürəyə qarşı istifadə
olunur.Dəmləməsi sinə yumşaldıcı təsir göstərir.Həmçinin sidikqovucu dərman kimi də istifadə olunur olunur.
Boranı
Böyürtkən
Azərbaycanın əksər rayonlarında yayılmışdır.Böyürtkən C vitamini və aşı maddələri ilə zəngindir.Təbabətdə qurudulmuş meyvələrdən və yarpaqlardan çay dəmləyib hipertaniya xəstəliklərində və sinə ağrılarında istifadə olunur.Tam yetişmiş
meyvələri yüngül işlədici,tərlədici,sidikqovucu vasitə kimi istifadə olunur
Çaytikanı
tikanlı kol və ya ağacdır.Bitki mart-aprel
aylarında çiçəkləyir.Meyvələri sentyabr-oktyabr
aylarında yetişir.Meyvələrindən skorbut
xəstəliyində ,hipo və avitaminozlarda
istifadə edilir. Çaytikanı yağından yaranı
və ağrını götürməkçün istifadə edirlər.
Çobanyastığı
Dərman məqsədi ilə çiçək səbətlərindən istifadə olunur.Dəmləməsi diş xəstəliklərində ,boğaz ağrılarında tərlədici və spazm əleyhinə istifadə olunur.
Çobanyastığı həm də soyuqdəymələrdə və qarın ağrılarında istifadə olunur.
Dəvədabanı
Çoxillik ot bitkisidir.
Yazın əvvələrində hələ yarpaqlar açmamış çiçəkləyir.Yarpaqlarından istifadə edilir.Onlardan çay dəmləyib soyuqdəymələrdə baş verən tənəffüs yolları xəstəliklərində sinəyumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi istifadə olunur.
Əvəlik
Azərbaycanda 17 növü yayılıb.Daxili qanaxmalarda,diş dibinin möhkəmləndirilməsində,mədə-bağırsaq pozğunluqlarında,vərəm xəstəliyinin müalicəsində istifadə edilir.TərkibindəA,B,C vitaminləri,üzvi turşular,dəmir duzları və s vardır.
Əzgil
Tikanlı subtropik bitki olan əzgilin vətəni İrandır.Qədim zamanlarda əzgil möcüzəli və sehrli ağac sayılır.Məsələn,səyahətə çıxan dərvişlər özlərini bədbəxtlikdən qorumaq üçün əzgil ağaclarından hazırlanmış əsa gəzdirirdilər.Əzgil ən yaxşı qankəsici vasitədir.Həzmi yaxşılaşdırır,bağırsaqları möhkəmləndirir.Əzgil şirəsi böyrək daşlarını parçalayır.
Gəndalaş
Dərman məqsədi ilə qara gəndalaşdan istifadə olunur.Meyvəsi sirəli qara-bənövşəyi rəngdədir.Çiçəklərindən soyuqdəymələrdə tərlədici və tənəffüs yollarının iltahabını aradan qaldıran dərman kimi istifadə olunur.
Gicitkən
Azərbaycanda3 növü var.Əsasən yarpaqlarından istifadə olunur.Elmi təbabətdə qankəsici maddə kimi ağciyər,babasil,böyrək,bağırsaq qanaxmalarında istifadə edilir.Qankəsici təsiri onun tərkibində K vitamini ilə əlaqədardır.Yarpaqlarının çayından qanazlığında və ümumi zəiflikdə,həzmin yaxşılaşdırılmasında istifadə olunur.
Çobanyastığı həm də soyuqdəymələrdə və qarın ağrılarında istifadə olunur.
Dəvədabanı
Çoxillik ot bitkisidir.
Yazın əvvələrində hələ yarpaqlar açmamış çiçəkləyir.Yarpaqlarından istifadə edilir.Onlardan çay dəmləyib soyuqdəymələrdə baş verən tənəffüs yolları xəstəliklərində sinəyumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi istifadə olunur.
Əvəlik
Azərbaycanda 17 növü yayılıb.Daxili qanaxmalarda,diş dibinin möhkəmləndirilməsində,mədə-bağırsaq pozğunluqlarında,vərəm xəstəliyinin müalicəsində istifadə edilir.TərkibindəA,B,C vitaminləri,üzvi turşular,dəmir duzları və s vardır.
Əzgil
Tikanlı subtropik bitki olan əzgilin vətəni İrandır.Qədim zamanlarda əzgil möcüzəli və sehrli ağac sayılır.Məsələn,səyahətə çıxan dərvişlər özlərini bədbəxtlikdən qorumaq üçün əzgil ağaclarından hazırlanmış əsa gəzdirirdilər.Əzgil ən yaxşı qankəsici vasitədir.Həzmi yaxşılaşdırır,bağırsaqları möhkəmləndirir.Əzgil şirəsi böyrək daşlarını parçalayır.
Gəndalaş
Dərman məqsədi ilə qara gəndalaşdan istifadə olunur.Meyvəsi sirəli qara-bənövşəyi rəngdədir.Çiçəklərindən soyuqdəymələrdə tərlədici və tənəffüs yollarının iltahabını aradan qaldıran dərman kimi istifadə olunur.
Gicitkən
Azərbaycanda3 növü var.Əsasən yarpaqlarından istifadə olunur.Elmi təbabətdə qankəsici maddə kimi ağciyər,babasil,böyrək,bağırsaq qanaxmalarında istifadə edilir.Qankəsici təsiri onun tərkibində K vitamini ilə əlaqədardır.Yarpaqlarının çayından qanazlığında və ümumi zəiflikdə,həzmin yaxşılaşdırılmasında istifadə olunur.
Gülxətmi Çoxillik bitkidir.Köklərindən alınmış ekstraktlar nəfəs yolları iltihabında,ağciyər xəstəliklərində,mədə-bağırsaq xəstəliklərində istifadə olunur.Yarpaqlarından dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici kimi istifadə olunur.
Günəbaxan
Azərbaycanın bütün rayonlarında yetişdirilir.Dərman məqsədi ilə onun yarpaqlarından,yağından,çiçəklərindən və meyvələrindən istifadə olunur.Günəbaxan yağı skelerozda istifadə olunur.Çiçək və yarpaqları isə malyariyaya qarşı iştahartırıcı və mədənin həzm fəaliyyətini qüvvətləndirici kimi istifadə olunur.
Heyva
Adi heyvanın vətəni Qafqaz hesab olunur.Hippokrat heyvanın mədə-bağırsaq tonuslaşdırıcı təsir göstərdiyini qeyd etmışdir.Mədə xoralarında,kolitdə ,bronxitdə daxilə,yanıqlarda xarıcə tətbiq edilir.Öskürəklə müsayət olunan yuxarı tənəffüs yollarının müalicəsində,dodaqlarda əmələ gələn çatları sağaltmaq üçün istifadə olunur.Təzə heyva şirəsi qanazlığı əleyhinə ,bişmiş heyva isə qaraciyər xəstəliklərində istifadə olunur.
Itburnu
Azərbaycanda 42növü var.Dərman məqsədi ilə meyvələrindən istifadə olunur.Meyvələri sentyabr-oktyabr aylarında toplanır.İtburnu meyvəsinin tərkibi C vitamını,karotin,B1,B2,K və P vitaminləri vardır.Ona görə də polivitamin xammalı hesab olunur.İtburnu meyvəsi avitaminozların,raxitin,qan azlığının,pnevmoniyanın,böyrək xəstəliklərinin müalicəsində istifadə olunur.
Kəklikotu
Ot bitkisidir.Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir.Bundan başqa bəlğəmgətirici və antiseptik vasitə kimi istifadə edilir.Mədə-bağırsaq xəstəliklərində təyin edilir.
Kələm
Əsl vitaminlər,mikroelementlər xəzinəsidir.Onda şəkər,zülallar,yağlar,bir çox elementlər-məsələn ürək əzələsinin qidalanmasında böyük rolu olan kalium,üzvi turşular,mineral duzlar,C,P,B1,B2,K vitaminləri var.O mədənin selikli qişasının müqavimətini artırır,toxumaların sağalmasını sürətləndirir.Kələm şirəsi öd xəstəliklərində ödün sekresiyasını gücləndirir.
Qarağat
Azərbaycanda 3 növü var.Qarağatın meyvələrindən ,bəzən isə yarpaqlarından istifadə olunur.Qarağatın meyvələri və yarpaqları polivitaminli maddə kimi skorbutda,mədə-bağırsaq xəstəliklərində ,qanazlığında istifadə olunur.
Qarğıdalı
Qarğıdalı saçaqları kölgəli yerdə və yaxud quruducularda qurudurlar.Saçaqların tərkibində K vitamini,askorbin,pantotein turşuları,efir yağları var.Xolisistitlərin və hepatitlərin müalicəsində,ödqovucu,böyrəklərdə daş olan zaman eləcə də qankəsici dərman kimi istifadə olunur.
Qarpız
Vətəni Afrikadır.Təbabətdə qarpızın şirəsindən,eləcə də qabığından və köklərindən sidikqovucu vasitə kimi istifadə olunur.Qarpızın meyvələrindən malyariya xəstəliyində ürək yanğısını söndürən və sərinlədən,toxumları isə qurdqovucu kimi istifadə olunur.
Qoz
Ağacsəkillidir.Respublikada ehtiyatı boldur.Dərman məqsədi ilə yarpaqları,yetişməmiş meyvələri və yetişmiş meyvələrindən istifadə olunur.Kal meyvələri C vitamini ilə zəngindirskorbut xəstəliyində,avitaminozlarda istifadə olunur.Yarpaqları bakteresid tərkiblidir.Yetişmiş meyvələri yaddaşın artmasında,qoz meyvəsi daxilindəki pərdələrdən isə endemik zob xəstəliyində istifadə olunur.
Nanə
Çoxillik ot bitkisidir.Nanə yarpaqlarından sakitləşdirici,spazmolitik,ödqovucu,antiseptik və ağrıkəsici dərman hazırlayırlar.Nanə yarpağında olan mentol antiseptik xassəyə malikdir.
Razyana
Azərbaycanda 1 növü bitir.Dərman məqsədilə meyvələrdən istifadə edilir.Əsas təsiredici maddəsi efir yağıdır.Xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan dərman kimi istifadə olunur.
Sumaq
Kol bitkisidir.Dərman məqsədi ilə yarpaqlarından və meyvələrindən istifadə olunur.Sumaq yarpaqlarının
tərkibində 12-30%-ə qədər aşı maddəsi var.Meyvələrinin dəmləməsi qanda şəkərin miqdarını azaldır.Xalq təbabətində yarpaq və meyvələrindən çay dəmləyib qarın ağrısında izhala və dizinteriyaya qarşı içirlər.Meyvəsindən iştahartırıcı maddə kimi istifadə edilir
Yemişan
Azərbaycanda 9 növü var.Qollu-budaqlı gövdəyə malik tikanlı ağac və kol bitkisidir.Çiçək tacı ağ rəngdədir.May ayında çiçək açır,meyvələri avqust-sentyabr aylarında yetişir.Dərman məqsədi ilə çiçək və meyvələrindən
istifadə edilir.Meyvə və çiçəklərindən hazırlanmış preparat ürək fəaliyyətinin pozğunluqlarında,stenokardiyada,aritmiyada,hipertoniyada,yuxusuzluqda,qan təzyiqini azaldan dərman kimi istifadə edilir.
Yerkökü
Azərbaycanda 1 növü bitir.Yerkökü meyvələri karatinoidlərlə çox zəngindir.Yerkökü meyvələrindən alınmış şirəni arı balı ilə qarışdırıb(1:1)soyuqdəymələrdə istifadə edilir.Şirəsi avitaminozlarda,duzların mübadiləsi pozulduqda,öd kisəsi və böyrəklərdə daş olduqda istifadə edilir.Tərkibində karotin və lesitin olduğu üçün dəri sərtliyini normallaşdırır və dərinin rəngini yaxşılaşdırır.
Zəncirotu
Çoxillik ot bitkisidir.Dərman məqsədilə köklərindən istifadə edilir.Təbabətdə kökündən qatı ekstrakt hazirlayıb dərmanların tərkibində iştahaartırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi istifadə edilir.
Zoğal
Tərkibində şəkər,üzvi turşular,vitaminlər,aşı maddələri mövcuddur.Zoğal orqanizmə ümumi tonuslaşdırıcı və möhkəmləndirici təsir göstırir.ABŞ-da zoğalın qabıq və kökü malyariyanın müalicəsində tətbiq edilir.Rus xalq təbabətində zoğaldan qan azlığı,dəri xəstəlikləri,oynaq xəstəliklərində istifadə olunur.Baş ağrıları zamanı istifadəsi xeyirlidir.
Подписаться на:
Сообщения (Atom)