İsmayıllı şəhəri öz bitki örtüyünün zənginliyi ilə bir çox şəhərləri geridə qoyur.Mən də bu bitkilərin bir neçəsi ilə sizləri tanış etmək istəyirəm.
AlmaAlma ağac bitkisidir.Alma həzmdə,qan azlığında,avitaminozlarda istifadə olunur.
İsmayıllıda daha çox yayılan"Qızıl Əhmədi"
alma sortu dəmirlə çox zəngindir.
Qan azlığında istifadə olunur.
Bağayarpağı
Azərbaycanda 14 növü var.Təbabətdə
onun yarpaqları və otundan istifadə olunur.
Öskürəyə qarşı preparatların tərkibinə
daxildir.Mədə-bağırsaq yaralarında,
kolitdə istifadə olunur.Bağayarpağı dəri
yaralarında və irinli yaraların tez
sağalmasında istifadə olunur.
Badımcan
Azərbaycanda tərəvəz bitkisi kimi ge-
niş yayılmışdır.Badımcan ateleskeleroza qarşı yaxşı vasitədirTərkibində kalium
müsbət təsir göstərir.
Bənövşə
Bənövşə ot bitkisidir.Ətirli çiçəkləri var.
Təbabətdə ondan öskürəyə qarşı istifadə
olunur.Dəmləməsi sinə yumşaldıcı təsir göstərir.Həmçinin sidikqovucu dərman kimi də istifadə olunur olunur.
Boranı
Böyürtkən
Azərbaycanın əksər rayonlarında yayılmışdır.Böyürtkən C vitamini və aşı maddələri ilə zəngindir.Təbabətdə qurudulmuş meyvələrdən və yarpaqlardan çay dəmləyib hipertaniya xəstəliklərində və sinə ağrılarında istifadə olunur.Tam yetişmiş
meyvələri yüngül işlədici,tərlədici,sidikqovucu vasitə kimi istifadə olunur
Çaytikanı
tikanlı kol və ya ağacdır.Bitki mart-aprel
aylarında çiçəkləyir.Meyvələri sentyabr-oktyabr
aylarında yetişir.Meyvələrindən skorbut
xəstəliyində ,hipo və avitaminozlarda
istifadə edilir. Çaytikanı yağından yaranı
və ağrını götürməkçün istifadə edirlər.
Çobanyastığı
Dərman məqsədi ilə çiçək səbətlərindən istifadə olunur.Dəmləməsi diş xəstəliklərində ,boğaz ağrılarında tərlədici və spazm əleyhinə istifadə olunur.
Çobanyastığı həm də soyuqdəymələrdə və qarın ağrılarında istifadə olunur.
Dəvədabanı
Çoxillik ot bitkisidir.
Yazın əvvələrində hələ yarpaqlar açmamış çiçəkləyir.Yarpaqlarından istifadə edilir.Onlardan çay dəmləyib soyuqdəymələrdə baş verən tənəffüs yolları xəstəliklərində sinəyumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi istifadə olunur.
Əvəlik
Azərbaycanda 17 növü yayılıb.Daxili qanaxmalarda,diş dibinin möhkəmləndirilməsində,mədə-bağırsaq pozğunluqlarında,vərəm xəstəliyinin müalicəsində istifadə edilir.TərkibindəA,B,C vitaminləri,üzvi turşular,dəmir duzları və s vardır.
Əzgil
Tikanlı subtropik bitki olan əzgilin vətəni İrandır.Qədim zamanlarda əzgil möcüzəli və sehrli ağac sayılır.Məsələn,səyahətə çıxan dərvişlər özlərini bədbəxtlikdən qorumaq üçün əzgil ağaclarından hazırlanmış əsa gəzdirirdilər.Əzgil ən yaxşı qankəsici vasitədir.Həzmi yaxşılaşdırır,bağırsaqları möhkəmləndirir.Əzgil şirəsi böyrək daşlarını parçalayır.
Gəndalaş
Dərman məqsədi ilə qara gəndalaşdan istifadə olunur.Meyvəsi sirəli qara-bənövşəyi rəngdədir.Çiçəklərindən soyuqdəymələrdə tərlədici və tənəffüs yollarının iltahabını aradan qaldıran dərman kimi istifadə olunur.
Gicitkən
Azərbaycanda3 növü var.Əsasən yarpaqlarından istifadə olunur.Elmi təbabətdə qankəsici maddə kimi ağciyər,babasil,böyrək,bağırsaq qanaxmalarında istifadə edilir.Qankəsici təsiri onun tərkibində K vitamini ilə əlaqədardır.Yarpaqlarının çayından qanazlığında və ümumi zəiflikdə,həzmin yaxşılaşdırılmasında istifadə olunur.
Çobanyastığı həm də soyuqdəymələrdə və qarın ağrılarında istifadə olunur.
Dəvədabanı
Çoxillik ot bitkisidir.
Yazın əvvələrində hələ yarpaqlar açmamış çiçəkləyir.Yarpaqlarından istifadə edilir.Onlardan çay dəmləyib soyuqdəymələrdə baş verən tənəffüs yolları xəstəliklərində sinəyumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi istifadə olunur.
Əvəlik
Azərbaycanda 17 növü yayılıb.Daxili qanaxmalarda,diş dibinin möhkəmləndirilməsində,mədə-bağırsaq pozğunluqlarında,vərəm xəstəliyinin müalicəsində istifadə edilir.TərkibindəA,B,C vitaminləri,üzvi turşular,dəmir duzları və s vardır.
Əzgil
Tikanlı subtropik bitki olan əzgilin vətəni İrandır.Qədim zamanlarda əzgil möcüzəli və sehrli ağac sayılır.Məsələn,səyahətə çıxan dərvişlər özlərini bədbəxtlikdən qorumaq üçün əzgil ağaclarından hazırlanmış əsa gəzdirirdilər.Əzgil ən yaxşı qankəsici vasitədir.Həzmi yaxşılaşdırır,bağırsaqları möhkəmləndirir.Əzgil şirəsi böyrək daşlarını parçalayır.
Gəndalaş
Dərman məqsədi ilə qara gəndalaşdan istifadə olunur.Meyvəsi sirəli qara-bənövşəyi rəngdədir.Çiçəklərindən soyuqdəymələrdə tərlədici və tənəffüs yollarının iltahabını aradan qaldıran dərman kimi istifadə olunur.
Gicitkən
Azərbaycanda3 növü var.Əsasən yarpaqlarından istifadə olunur.Elmi təbabətdə qankəsici maddə kimi ağciyər,babasil,böyrək,bağırsaq qanaxmalarında istifadə edilir.Qankəsici təsiri onun tərkibində K vitamini ilə əlaqədardır.Yarpaqlarının çayından qanazlığında və ümumi zəiflikdə,həzmin yaxşılaşdırılmasında istifadə olunur.
Gülxətmi Çoxillik bitkidir.Köklərindən alınmış ekstraktlar nəfəs yolları iltihabında,ağciyər xəstəliklərində,mədə-bağırsaq xəstəliklərində istifadə olunur.Yarpaqlarından dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici kimi istifadə olunur.
Günəbaxan
Azərbaycanın bütün rayonlarında yetişdirilir.Dərman məqsədi ilə onun yarpaqlarından,yağından,çiçəklərindən və meyvələrindən istifadə olunur.Günəbaxan yağı skelerozda istifadə olunur.Çiçək və yarpaqları isə malyariyaya qarşı iştahartırıcı və mədənin həzm fəaliyyətini qüvvətləndirici kimi istifadə olunur.
Heyva
Adi heyvanın vətəni Qafqaz hesab olunur.Hippokrat heyvanın mədə-bağırsaq tonuslaşdırıcı təsir göstərdiyini qeyd etmışdir.Mədə xoralarında,kolitdə ,bronxitdə daxilə,yanıqlarda xarıcə tətbiq edilir.Öskürəklə müsayət olunan yuxarı tənəffüs yollarının müalicəsində,dodaqlarda əmələ gələn çatları sağaltmaq üçün istifadə olunur.Təzə heyva şirəsi qanazlığı əleyhinə ,bişmiş heyva isə qaraciyər xəstəliklərində istifadə olunur.
Itburnu
Azərbaycanda 42növü var.Dərman məqsədi ilə meyvələrindən istifadə olunur.Meyvələri sentyabr-oktyabr aylarında toplanır.İtburnu meyvəsinin tərkibi C vitamını,karotin,B1,B2,K və P vitaminləri vardır.Ona görə də polivitamin xammalı hesab olunur.İtburnu meyvəsi avitaminozların,raxitin,qan azlığının,pnevmoniyanın,böyrək xəstəliklərinin müalicəsində istifadə olunur.
Kəklikotu
Ot bitkisidir.Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir.Bundan başqa bəlğəmgətirici və antiseptik vasitə kimi istifadə edilir.Mədə-bağırsaq xəstəliklərində təyin edilir.
Kələm
Əsl vitaminlər,mikroelementlər xəzinəsidir.Onda şəkər,zülallar,yağlar,bir çox elementlər-məsələn ürək əzələsinin qidalanmasında böyük rolu olan kalium,üzvi turşular,mineral duzlar,C,P,B1,B2,K vitaminləri var.O mədənin selikli qişasının müqavimətini artırır,toxumaların sağalmasını sürətləndirir.Kələm şirəsi öd xəstəliklərində ödün sekresiyasını gücləndirir.
Qarağat
Azərbaycanda 3 növü var.Qarağatın meyvələrindən ,bəzən isə yarpaqlarından istifadə olunur.Qarağatın meyvələri və yarpaqları polivitaminli maddə kimi skorbutda,mədə-bağırsaq xəstəliklərində ,qanazlığında istifadə olunur.
Qarğıdalı
Qarğıdalı saçaqları kölgəli yerdə və yaxud quruducularda qurudurlar.Saçaqların tərkibində K vitamini,askorbin,pantotein turşuları,efir yağları var.Xolisistitlərin və hepatitlərin müalicəsində,ödqovucu,böyrəklərdə daş olan zaman eləcə də qankəsici dərman kimi istifadə olunur.
Qarpız
Vətəni Afrikadır.Təbabətdə qarpızın şirəsindən,eləcə də qabığından və köklərindən sidikqovucu vasitə kimi istifadə olunur.Qarpızın meyvələrindən malyariya xəstəliyində ürək yanğısını söndürən və sərinlədən,toxumları isə qurdqovucu kimi istifadə olunur.
Qoz
Ağacsəkillidir.Respublikada ehtiyatı boldur.Dərman məqsədi ilə yarpaqları,yetişməmiş meyvələri və yetişmiş meyvələrindən istifadə olunur.Kal meyvələri C vitamini ilə zəngindirskorbut xəstəliyində,avitaminozlarda istifadə olunur.Yarpaqları bakteresid tərkiblidir.Yetişmiş meyvələri yaddaşın artmasında,qoz meyvəsi daxilindəki pərdələrdən isə endemik zob xəstəliyində istifadə olunur.
Nanə
Çoxillik ot bitkisidir.Nanə yarpaqlarından sakitləşdirici,spazmolitik,ödqovucu,antiseptik və ağrıkəsici dərman hazırlayırlar.Nanə yarpağında olan mentol antiseptik xassəyə malikdir.
Razyana
Azərbaycanda 1 növü bitir.Dərman məqsədilə meyvələrdən istifadə edilir.Əsas təsiredici maddəsi efir yağıdır.Xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan dərman kimi istifadə olunur.
Sumaq
Kol bitkisidir.Dərman məqsədi ilə yarpaqlarından və meyvələrindən istifadə olunur.Sumaq yarpaqlarının
tərkibində 12-30%-ə qədər aşı maddəsi var.Meyvələrinin dəmləməsi qanda şəkərin miqdarını azaldır.Xalq təbabətində yarpaq və meyvələrindən çay dəmləyib qarın ağrısında izhala və dizinteriyaya qarşı içirlər.Meyvəsindən iştahartırıcı maddə kimi istifadə edilir
Yemişan
Azərbaycanda 9 növü var.Qollu-budaqlı gövdəyə malik tikanlı ağac və kol bitkisidir.Çiçək tacı ağ rəngdədir.May ayında çiçək açır,meyvələri avqust-sentyabr aylarında yetişir.Dərman məqsədi ilə çiçək və meyvələrindən
istifadə edilir.Meyvə və çiçəklərindən hazırlanmış preparat ürək fəaliyyətinin pozğunluqlarında,stenokardiyada,aritmiyada,hipertoniyada,yuxusuzluqda,qan təzyiqini azaldan dərman kimi istifadə edilir.
Yerkökü
Azərbaycanda 1 növü bitir.Yerkökü meyvələri karatinoidlərlə çox zəngindir.Yerkökü meyvələrindən alınmış şirəni arı balı ilə qarışdırıb(1:1)soyuqdəymələrdə istifadə edilir.Şirəsi avitaminozlarda,duzların mübadiləsi pozulduqda,öd kisəsi və böyrəklərdə daş olduqda istifadə edilir.Tərkibində karotin və lesitin olduğu üçün dəri sərtliyini normallaşdırır və dərinin rəngini yaxşılaşdırır.
Zəncirotu
Çoxillik ot bitkisidir.Dərman məqsədilə köklərindən istifadə edilir.Təbabətdə kökündən qatı ekstrakt hazirlayıb dərmanların tərkibində iştahaartırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi istifadə edilir.
Zoğal
Tərkibində şəkər,üzvi turşular,vitaminlər,aşı maddələri mövcuddur.Zoğal orqanizmə ümumi tonuslaşdırıcı və möhkəmləndirici təsir göstırir.ABŞ-da zoğalın qabıq və kökü malyariyanın müalicəsində tətbiq edilir.Rus xalq təbabətində zoğaldan qan azlığı,dəri xəstəlikləri,oynaq xəstəliklərində istifadə olunur.Baş ağrıları zamanı istifadəsi xeyirlidir.
Комментариев нет:
Отправить комментарий