пятница, 27 июня 2014 г.

Xalq təbabətindən nümunələr

  •  Gülxətminin qurudulmuş ləçəklərindən 20 qram götürüb 200qr suda çay kimi dəmləyirlər.Bu dəmdən gündə üç dəfə yarım stəkan içmək ürəyin sürətlə döyünməsinin əvəzsiz dərmanıdır.
  • Reyhanı döyüb suyunu çıxardın,onu şəkərlə və ya balla qarışdırıb gündə 30qr için.Beləliklə,ürək döyüntüsü azalacaqdır.
  • Heyva ağacının yeni əmələ gəlmiş yarpaqlarının və zoğlarının 20qramını 1 stəkan qaynar suda  dəmləyib gündə 2 dəfə içmək,ürək-damar sisteminin ağrısını sakitləşdirir.
  • 3 ədəd limonu,1xörək qaşığı şəkəri və ya balı,1 xörək qaşığı ərik qurusunu ət maşınından keşirib qarışdırın.Ondan hər gün yeməkdən yarım saat qabaq  1 xörək qaşığı qəbul edin.Bu ürək-damar xəstəliklərini yüngülləşdirir.
  • 20qr şüyüdü 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 1 neçədəfə içmək qan təzyiqini aşağı salır,ürəyin fəaliyyətini nizamlayır.
  • Gündə 100qr qoz ləpəsini 1 xörək qaşığı balla 1ay müddətində yemək qan təzyiqini tənzimləyir.
  • 30qr qurudulmuş gicitkən zoğunu və yarpağını 500qr soyuq suya töküb vam odda 5 dəqiqə qaynatdıqdan sonra10 dəqiqə dəmdə saxlamaq,sıxmaq və süzmək lazımdır.Bu dəmləmədən gündə 3 dəfə hər dəfədə 1 stəkan içmək qan azlığına xeyirdir.
  • Qan azlığı zamanı alma kara gəlir.
  • Böyrək ağrılarını sakitləşdirmək üçün xırda-xırda doğranmış körpə heyva yarpağının 20 qramı 1 stəkan qaynanmış suda 20 dəqiqə dəmlənir.Bundan gündə 3 dəfə,1 stəkan içmək məsləhətdir.
  • Əgər mədəniz qıcqırırsa gündə 1 neçə dəfə çiy kələm yeməyi məsləhət görürük.
  • Gün ərzində bir neçə dəfə cəfəri yemək öskürək zamanı xeyirlidir.

Комментариев нет:

Отправить комментарий