пятница, 27 июня 2014 г.

Xalq təbabətindən nümunələr

  •  Gülxətminin qurudulmuş ləçəklərindən 20 qram götürüb 200qr suda çay kimi dəmləyirlər.Bu dəmdən gündə üç dəfə yarım stəkan içmək ürəyin sürətlə döyünməsinin əvəzsiz dərmanıdır.
  • Reyhanı döyüb suyunu çıxardın,onu şəkərlə və ya balla qarışdırıb gündə 30qr için.Beləliklə,ürək döyüntüsü azalacaqdır.
  • Heyva ağacının yeni əmələ gəlmiş yarpaqlarının və zoğlarının 20qramını 1 stəkan qaynar suda  dəmləyib gündə 2 dəfə içmək,ürək-damar sisteminin ağrısını sakitləşdirir.
  • 3 ədəd limonu,1xörək qaşığı şəkəri və ya balı,1 xörək qaşığı ərik qurusunu ət maşınından keşirib qarışdırın.Ondan hər gün yeməkdən yarım saat qabaq  1 xörək qaşığı qəbul edin.Bu ürək-damar xəstəliklərini yüngülləşdirir.
  • 20qr şüyüdü 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 1 neçədəfə içmək qan təzyiqini aşağı salır,ürəyin fəaliyyətini nizamlayır.
  • Gündə 100qr qoz ləpəsini 1 xörək qaşığı balla 1ay müddətində yemək qan təzyiqini tənzimləyir.
  • 30qr qurudulmuş gicitkən zoğunu və yarpağını 500qr soyuq suya töküb vam odda 5 dəqiqə qaynatdıqdan sonra10 dəqiqə dəmdə saxlamaq,sıxmaq və süzmək lazımdır.Bu dəmləmədən gündə 3 dəfə hər dəfədə 1 stəkan içmək qan azlığına xeyirdir.
  • Qan azlığı zamanı alma kara gəlir.
  • Böyrək ağrılarını sakitləşdirmək üçün xırda-xırda doğranmış körpə heyva yarpağının 20 qramı 1 stəkan qaynanmış suda 20 dəqiqə dəmlənir.Bundan gündə 3 dəfə,1 stəkan içmək məsləhətdir.
  • Əgər mədəniz qıcqırırsa gündə 1 neçə dəfə çiy kələm yeməyi məsləhət görürük.
  • Gün ərzində bir neçə dəfə cəfəri yemək öskürək zamanı xeyirlidir.

İsmayıllının müalicə əhəmiyyətli bitkiləri

İsmayıllı şəhəri öz bitki örtüyünün zənginliyi ilə bir çox şəhərləri geridə qoyur.Mən də bu bitkilərin bir neçəsi ilə sizləri tanış etmək istəyirəm.

Alma
    Alma ağac bitkisidir.Alma həzmdə,qan azlığında,avitaminozlarda istifadə olunur.
İsmayıllıda daha çox yayılan"Qızıl Əhmədi"
alma sortu dəmirlə çox zəngindir.
Qan azlığında istifadə olunur.
Bağayarpağı
   Azərbaycanda 14 növü var.Təbabətdə 
onun yarpaqları və otundan istifadə olunur.
Öskürəyə qarşı preparatların tərkibinə
 daxildir.Mədə-bağırsaq yaralarında,
kolitdə istifadə olunur.Bağayarpağı dəri
 yaralarında və irinli yaraların tez 
sağalmasında istifadə olunur.
Badımcan
                                           Azərbaycanda tərəvəz bitkisi kimi ge-
    niş yayılmışdır.Badımcan ateleskeleroza     qarşı yaxşı vasitədirTərkibində kalium

    müsbət təsir göstərir.



Bənövşə
   Bənövşə ot bitkisidir.Ətirli çiçəkləri var.
Təbabətdə ondan öskürəyə qarşı istifadə
 olunur.Dəmləməsi sinə yumşaldıcı təsir göstərir.Həmçinin sidikqovucu dərman kimi də istifadə olunur   olunur.
Boranı
   
                      Tərkibində                                                   kalsium,kalium,maqnezium,dəmir,şəkər,C,B1,B2,karotin,zülal var.Vərəmə qarşı yaxşı vasitədir.Əsasən                   ürək,böyrək,piylənmə,hipertaniya zamanı  istifadə edilir.Boranı mürəbbəsi yaddaşı gücləndirir.Boranı dalaq xəstəlikləri zamanı istifadə olunur(onun quru qabığını 10qram sirkə ilə həll edib məhlul şəklində içmək məsləhətdir)
Böyürtkən
   Azərbaycanın əksər rayonlarında yayılmışdır.Böyürtkən C vitamini və aşı maddələri ilə zəngindir.Təbabətdə qurudulmuş meyvələrdən və yarpaqlardan çay dəmləyib hipertaniya xəstəliklərində və sinə ağrılarında istifadə olunur.Tam yetişmiş
meyvələri yüngül işlədici,tərlədici,sidikqovucu vasitə kimi istifadə olunur

Çaytikanı

  Azərbaycanda 1 növü bitir.3-5 metrə çatan
 tikanlı kol və ya ağacdır.Bitki mart-aprel 
aylarında çiçəkləyir.Meyvələri sentyabr-oktyabr
 aylarında yetişir.Meyvələrindən skorbut
 xəstəliyində ,hipo və avitaminozlarda
 istifadə edilir. Çaytikanı yağından yaranı
 və ağrını götürməkçün istifadə edirlər.
Çobanyastığı
   Dərman məqsədi ilə çiçək səbətlərindən   istifadə olunur.Dəmləməsi diş        xəstəliklərində ,boğaz ağrılarında tərlədici və spazm əleyhinə istifadə olunur.
Çobanyastığı həm də soyuqdəymələrdə və qarın ağrılarında istifadə olunur.
Dəvədabanı
  Çoxillik ot bitkisidir.
Yazın əvvələrində hələ yarpaqlar açmamış çiçəkləyir.Yarpaqlarından istifadə edilir.Onlardan çay dəmləyib soyuqdəymələrdə baş verən tənəffüs yolları xəstəliklərində sinəyumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi istifadə olunur.

Əvəlik
Azərbaycanda 17 növü yayılıb.Daxili qanaxmalarda,diş dibinin möhkəmləndirilməsində,mədə-bağırsaq pozğunluqlarında,vərəm xəstəliyinin müalicəsində istifadə edilir.TərkibindəA,B,C vitaminləri,üzvi turşular,dəmir duzları və s vardır.

Əzgil
Tikanlı subtropik bitki olan əzgilin vətəni İrandır.Qədim zamanlarda əzgil möcüzəli və sehrli ağac sayılır.Məsələn,səyahətə çıxan dərvişlər özlərini bədbəxtlikdən qorumaq üçün əzgil ağaclarından hazırlanmış əsa gəzdirirdilər.Əzgil ən yaxşı qankəsici vasitədir.Həzmi yaxşılaşdırır,bağırsaqları möhkəmləndirir.Əzgil şirəsi böyrək daşlarını parçalayır.

Gəndalaş
Dərman məqsədi ilə qara gəndalaşdan istifadə olunur.Meyvəsi sirəli qara-bənövşəyi rəngdədir.Çiçəklərindən soyuqdəymələrdə tərlədici və tənəffüs yollarının iltahabını aradan qaldıran dərman kimi istifadə olunur.

 Gicitkən
Azərbaycanda3 növü var.Əsasən yarpaqlarından istifadə olunur.Elmi təbabətdə qankəsici maddə kimi ağciyər,babasil,böyrək,bağırsaq qanaxmalarında istifadə edilir.Qankəsici təsiri onun tərkibində K vitamini ilə əlaqədardır.Yarpaqlarının çayından qanazlığında və ümumi zəiflikdə,həzmin yaxşılaşdırılmasında istifadə olunur.

  Gülxətmi                                                                Çoxillik bitkidir.Köklərindən alınmış ekstraktlar nəfəs yolları iltihabında,ağciyər xəstəliklərində,mədə-bağırsaq xəstəliklərində istifadə olunur.Yarpaqlarından dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici kimi istifadə olunur.
  Günəbaxan
Azərbaycanın bütün rayonlarında yetişdirilir.Dərman məqsədi ilə onun yarpaqlarından,yağından,çiçəklərindən və meyvələrindən istifadə olunur.Günəbaxan yağı skelerozda istifadə olunur.Çiçək və yarpaqları isə malyariyaya qarşı iştahartırıcı  və mədənin həzm fəaliyyətini qüvvətləndirici kimi istifadə olunur.
 Heyva
Adi heyvanın vətəni Qafqaz hesab olunur.Hippokrat heyvanın mədə-bağırsaq tonuslaşdırıcı təsir göstərdiyini qeyd etmışdir.Mədə xoralarında,kolitdə ,bronxitdə daxilə,yanıqlarda xarıcə tətbiq edilir.Öskürəklə müsayət olunan yuxarı tənəffüs yollarının müalicəsində,dodaqlarda əmələ gələn çatları sağaltmaq üçün istifadə olunur.Təzə heyva şirəsi qanazlığı əleyhinə ,bişmiş heyva isə qaraciyər xəstəliklərində istifadə olunur.

  Itburnu  
Azərbaycanda 42növü var.Dərman məqsədi ilə meyvələrindən istifadə olunur.Meyvələri sentyabr-oktyabr aylarında toplanır.İtburnu meyvəsinin tərkibi C vitamını,karotin,B1,B2,K və P vitaminləri vardır.Ona görə də polivitamin xammalı hesab olunur.İtburnu meyvəsi avitaminozların,raxitin,qan azlığının,pnevmoniyanın,böyrək xəstəliklərinin müalicəsində istifadə olunur.
    Kəklikotu
Ot bitkisidir.Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir.Bundan başqa bəlğəmgətirici və antiseptik vasitə kimi istifadə edilir.Mədə-bağırsaq xəstəliklərində təyin edilir.
 Kələm
Əsl vitaminlər,mikroelementlər xəzinəsidir.Onda şəkər,zülallar,yağlar,bir çox elementlər-məsələn ürək əzələsinin qidalanmasında böyük rolu olan kalium,üzvi turşular,mineral duzlar,C,P,B1,B2,K vitaminləri var.O mədənin selikli qişasının müqavimətini artırır,toxumaların sağalmasını sürətləndirir.Kələm şirəsi öd xəstəliklərində ödün sekresiyasını gücləndirir.
    Qarağat
Azərbaycanda 3 növü var.Qarağatın meyvələrindən ,bəzən isə yarpaqlarından istifadə olunur.Qarağatın meyvələri və yarpaqları polivitaminli maddə kimi skorbutda,mədə-bağırsaq xəstəliklərində ,qanazlığında istifadə olunur.
  Qarğıdalı
Qarğıdalı saçaqları kölgəli yerdə və yaxud quruducularda qurudurlar.Saçaqların tərkibində K vitamini,askorbin,pantotein turşuları,efir yağları var.Xolisistitlərin və hepatitlərin müalicəsində,ödqovucu,böyrəklərdə daş olan zaman eləcə də qankəsici dərman kimi istifadə olunur.
    Qarpız
Vətəni Afrikadır.Təbabətdə qarpızın şirəsindən,eləcə də qabığından və köklərindən sidikqovucu vasitə kimi istifadə olunur.Qarpızın meyvələrindən malyariya xəstəliyində  ürək yanğısını söndürən və sərinlədən,toxumları isə qurdqovucu kimi istifadə olunur.
Qoz
Ağacsəkillidir.Respublikada ehtiyatı boldur.Dərman məqsədi ilə yarpaqları,yetişməmiş meyvələri və yetişmiş meyvələrindən istifadə olunur.Kal meyvələri C vitamini ilə zəngindirskorbut xəstəliyində,avitaminozlarda istifadə olunur.Yarpaqları bakteresid tərkiblidir.Yetişmiş meyvələri yaddaşın artmasında,qoz meyvəsi daxilindəki pərdələrdən isə endemik zob xəstəliyində  istifadə olunur.

Nanə

Çoxillik ot bitkisidir.Nanə yarpaqlarından sakitləşdirici,spazmolitik,ödqovucu,antiseptik və ağrıkəsici dərman hazırlayırlar.Nanə yarpağında olan mentol antiseptik xassəyə malikdir.

  

Razyana                                                                 

Azərbaycanda 1 növü bitir.Dərman məqsədilə meyvələrdən istifadə edilir.Əsas təsiredici maddəsi efir yağıdır.Xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan dərman kimi istifadə olunur.
Sumaq                                                            
Kol bitkisidir.Dərman məqsədi ilə yarpaqlarından və meyvələrindən istifadə olunur.Sumaq yarpaqlarının 
tərkibində  12-30%-ə qədər aşı maddəsi var.Meyvələrinin dəmləməsi qanda şəkərin miqdarını azaldır.Xalq təbabətində yarpaq və meyvələrindən çay dəmləyib qarın ağrısında izhala və dizinteriyaya  qarşı içirlər.Meyvəsindən iştahartırıcı maddə kimi istifadə edilir

 Yemişan

Azərbaycanda 9 növü var.Qollu-budaqlı gövdəyə malik tikanlı ağac və kol bitkisidir.Çiçək tacı ağ rəngdədir.May ayında çiçək açır,meyvələri avqust-sentyabr aylarında yetişir.Dərman məqsədi ilə çiçək və meyvələrindən 
istifadə edilir.Meyvə və çiçəklərindən hazırlanmış preparat ürək fəaliyyətinin pozğunluqlarında,stenokardiyada,aritmiyada,hipertoniyada,yuxusuzluqda,qan təzyiqini azaldan dərman kimi istifadə edilir.
  Yerkökü 

Azərbaycanda 1 növü bitir.Yerkökü meyvələri karatinoidlərlə çox zəngindir.Yerkökü meyvələrindən alınmış şirəni arı balı ilə qarışdırıb(1:1)soyuqdəymələrdə istifadə edilir.Şirəsi avitaminozlarda,duzların mübadiləsi pozulduqda,öd kisəsi və böyrəklərdə daş olduqda istifadə edilir.Tərkibində karotin və lesitin olduğu üçün dəri sərtliyini normallaşdırır və dərinin rəngini yaxşılaşdırır.

   Zəncirotu


Çoxillik ot bitkisidir.Dərman məqsədilə köklərindən istifadə edilir.Təbabətdə kökündən qatı ekstrakt hazirlayıb dərmanların tərkibində iştahaartırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi istifadə edilir.
   Zoğal


Tərkibində şəkər,üzvi turşular,vitaminlər,aşı maddələri mövcuddur.Zoğal orqanizmə ümumi tonuslaşdırıcı və möhkəmləndirici təsir göstırir.ABŞ-da zoğalın qabıq və kökü malyariyanın müalicəsində tətbiq edilir.Rus xalq təbabətində zoğaldan qan azlığı,dəri xəstəlikləri,oynaq xəstəliklərində istifadə olunur.Baş ağrıları zamanı istifadəsi xeyirlidir.